Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 02:23

ATƏT və ABŞ özbək jurnalistinin müdafiəsinə qalxıb


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ABŞ Özbəkistanda müstəqil jurnalist Ümid Niyazovaya çıxarılan hökmü tənqid ediblər.


Niyazovanı sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və iğtişaşlara təhrikdə təqsirli bilib, yeddi il azadlıqdan məhrum edilib. ABŞ Dövlət Departamenti bu ittihamları «siyasi motivli» adlandırıb.


Niyazova 2005-ci ilin mayında Əndicanda nümayişçilərə divan tutulması haqqında məqalələr müəllifidir.


XS
SM
MD
LG