Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:42

Gəncə Avtomobil Zavodunda bir ilə 2000 traktor yığıla bilər


Gəncə Avtomobil Zavodunda (GAZ) bir ilə 2000 traktor yığıla bilər. Zavodun istehsal gücü buna imkan verir. Bunu Minsk Traktor Zavodunun (MTZ) texniki məsələlər üzrə direktor müavini Viktor Lubeşko deyib. Lakin o, bildirib ki, bu il GAZ-da 1200 traktorun yığılması planlaşdırılıb.


Hazırda Azərbaycan və Belarusun Gürcüstan və digər qonşu ölkələrlə Minsk traktorlarının satışı ilə bağlı danışıqlar apardığını deyən zavod rəsmisi bildirib ki, indiyə kimi Gəncədə 110 traktor yığılıb.


XS
SM
MD
LG