Türkiyənin Konstitusiya Məhkəməsi müxalifətin prezident seçkisini ləğv etmək tələbinə baxır.
Dünyəvi dövlət tərəfdarları və islamçılar arasında münaqişə isə böyüməkdə davam edir. Aprelin 29-da İstanbulda mötədil islam partiyasının üzvü, hazırkı Xarici İşlər naziri Abdulla Gülün prezident seçilməsinin mümkünlüyü əleyhinə çoxminli nümayiş keçirilib.
Prezident seçkisinin ikinci turu parlamentdə mayın 2-də olacaq. Siyasi böhran artıq Türkiyə valyutasının kəskin düşməsi ilə nəticələnib.
Aprelin 30-u axşam Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan televiziya ilə çıxış edəcək.