Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

Gəncədə Belarusun yük maşınlarının yığımına başlanıb


Gəncə Avtomobil Zavodu (GAZ) artıq Belarusun yük maşınlarının yığımına başlayıb. GAZ-ın Mətbuat Xidmətinin rəhbəri Məqsəd Rəhimovun «Azadlıq» radiosuna bildirdiyinə görə, bir neçə gündən sonra üç modeldə ilk yük avtomobilləri hazır olacaq ki, onlardan biri «Pəhləvan», ikisi isə «Gəncə» adlandırılacaq.


Hələlik zavodda doqquz modeldə yük maşınları yığılacaq.


Cənab Rəhimovun sözlərinə görə, Minsk Avtomobil Zavoduyla bağlanan müqaviləyə əsasən, Azərbaycan yaxın ölkələrdə bu yük maşınlarının satışı hüququna malikdir. Ancaq hələlik zavod öz satış mərkəzlərini Azərbaycanın bölgələrində açmağı planlaşdırır.


Hazırda GAZ Çinin minik, Belarusun isə traktor maşınlarının yığımını həyata keçirir.


XS
SM
MD
LG