33 tikinti müəssisəsində reydlər keçirilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü deyib. Lakin o, bildirib ki, bu reydlər heç də o demək deyil ki, bu müəssisələrdə əsaslı araşdırmalar aparılıb. Sadəcə, ilkin baxış keçirilib.
Müfəttişliyin rəsmisi onu da deyib ki, gələcəkdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri ilə daha geniş araşdırmalar aparılacaq.