Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 16:37

«Vətəndaş məhkəmədə özünü bazardakı kimi təsəvvür edir»


Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev «Can Bakı» verilişinin qonağı olub. 23 aprel 2007
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev «Can Bakı» verilişinin qonağı olub. 23 aprel 2007

«Müstəqillik əldə etməmizə baxmayaraq, müstəqil məhkəmə hakimiyyətinin olmamasından əzab çəkirik». «Can Bakı» verilişinin qonağı olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev sovet dövründə məhkəmələrdə indiki vaxtla müqayisədə işlərə daha ədalətli baxıldığını bildirir.


«O vaxtı məhkəmə zallarında açıq-aşkar al-ver getmirdi. İndi Azərbaycan məhkəmələrində vətəndaş özünü ədalət mühakiməsində yox, bazarda təsəvvür edir».


Hüquqşünasa sözlərinə görə, vətəndaşların Avropa Məhkəməsinə şikayətləri çoxalmaqdadır. Əsas şikayətlər toplaşmaq azadlığı, media hüquqları, azad seçki hüquq ilə bağlı olur.


«2002-ci ilin aprel ayından Azərbaycan vətəndaşının onun haqqını pozan dövləti cəzalandırmaq imkanı yaranıb. Azərbaycan Avropa Şurasına üzv olan zaman üzərinə götürdüyü öhdəliklərdən biri də məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılmasıdır». İntiqam Əliyev deyir ki, son dövrlər Avropa Məhkəməsinə 2 minə yaxın şikayət ərizəsi göndərilib. Bunların da 90 faizindən çoxunda digər hüquqlarla yanaşı həm də ədalətli məhkəmə hüququnun pozulmasından şikayət edilir.


«Azərbaycan vətəndaşlarının şikayətləri nə qədər çoxalarsa, bu ölkənin hüquq sisteminə müsbət təsir edə bilər. Avropa məhkəməsinin Azərbaycanla 3 qərar qəbul etməsi insanlarda bir ümid yaradıb».


Vəkil deyir ki, Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin hər hansı işlə bağlı çıxardığı qərar həmin işə baxan hakimin intizam məsuliyyətinə cəlb olunması üçün əsaslardan biridir. «Məsələn, Sərdar Cəlaloğlunun, Fəhmin Hacıyevin, eyni zamanda «Evsiz Bakılılar» İctimai Birliyini işlərinə yenidən baxılmalıdır. Həmin işlərlə bağlı qərar çıxaran hakimlər haqqında intizam icraatı qaldırıla bilər».


XS
SM
MD
LG