Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:07

ABŞ Rusiyaya Raket Əleyhinə Müdafiə sistemlərini birləşdirməyi təklif edə bilər


Amerika Rusiyaya yeni şirnikləndirici təkliflər verməyi düşünür. İstəyir ki, Moskva onun Şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemləri qurmaq planlarına qarşı çıxmasın.


Bunu Amerika hökumətindəki adını çəkilməsini istəməyən mənbəyə istinadən «Nyu York Tayms» qəzeti yazır.


Yeni təkliflər paketində Amerika və Rusiyanın bəzi raket əleyhinə sistemlərinin əlaqəli işləməsi təklif edilir. Belə bir təklif də var ki, iki ölkə müdafiə texnologiyalarını birgə inkişaf etdirsin və ümumi təhlükələrlə bağlı kəşfiyyat məlumatlarını bölüşsün.


XS
SM
MD
LG