Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 10:01

«Gündəlik Azərbaycan» qəzetinin əməkdaşına basqın olunub


Üzeyir Cəfərov baş nahiyəsindən üç dərin yara alıb
Üzeyir Cəfərov baş nahiyəsindən üç dərin yara alıb

Aprelin 20-i, gecə saatlarında «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərova hücum ediblər, o, başından xəsarət alıb.


Üzeyir Cəfərov «Azadlıq» radiosuna deyib ki, gecə yarısına yaxın qəzetin ofisindən çıxarkən, idmançı bədən quruluşlu iki nəfər ona basqın edib, metal əşya ilə başına bir neçə zərbə endiriblər. Naməlum şəxslər ona bıçaq zərbələri endirmək istəyiblər, ancaq səsə redaksiyanın əməkdaşları çıxıb, iki qaçan şəxs görüblər.


Hazırda Musa Nağıyev adına Xəstəxanada müalicə olunan Üzeyir Cəfərov baş nahiyəsindən üç dərin yara alıb.


Yasamal rayon Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.


Üzeyir Cəfərov aprelin 20-də məhkəmə iclasında qəzet redaktoru Eynulla Fətullayevin hüquqlarını müdafiə etdiyinə görə hakim onu zaldan çıxarmışdı.


XS
SM
MD
LG