Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Azərbaycanla ABŞ hərbi-siyasi məsləhətləşmələr aparacaq


«Biz hər il belə müzakirələr aparırıq»
«Biz hər il belə müzakirələr aparırıq»
Aprelin 23-də Vaşinqtonda Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında hərbi-siyasi məsləhətləşmələr aparılacaq. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Conatan Henik «Azadlıq» radiosuna deyib ki, müzakirələrdə istər İraq və Əfqanıstanda birgə fəaliyyət, istərsə də Azərbaycanın NATO-ya inteqrasiya məsələləri nəzərdən keçirilə bilər: «Biz hər il belə müzakirələr aparırıq. Hərbi-siyasi əməkdaşlığa dair çox məsələlər diqqətdə saxlana bilər».

Cənab Henikin sözlərinə görə, müzakirələrdə Azərbaycan tərəfdən Xarici İşlər nazirinin muavini Araz Əzimov, ABŞ tərəfdən isə Dövlət katibinin hərbi-siyasi işlər üzrə müavini iştirak edəcəklər.


XS
SM
MD
LG