Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 06:07

Qırğızıstan müxalifəti prezidentin istefasına çalışır


Qırğızıstan müxalifəti rayonlarda vəd etdiyi etiraz aksiyalarına başlayıb. Təşkilatçıların fikrincə, aksiyalar aprelin 19-da prezident Kurmanbek Bakiyevin istefası ilə başa çatmalıdır.


Aprelin 11-dən Bişkekdə ölkə başçısının istefası məqsədilə müddətsiz aksiya gedir. Aksiyaçılar prezidentin sistem islahatları apara bilmədiyini deyirlər.


Aprelin 18-də müxalifət tərəfdarları ölkənin iki şimali vilayətini Bişkeklə birləşdirən yolu bağlayıblar. Yolun bir hissəsinin yerləşdiyi İssıkkul vilayətinin rəhbərlərindən heç kəs mitinqə gəlməyib.


Vəziyyəti gərginləşdirən odur ki, Daxili İşlər Nazirliyi özbaşınalıq faktı ilə bağlı müxalifət mitinqinin liderlərinə qarşı cinayət işi açıb. Aprelin 14-də müxalif deputatlar müxalifət cərgəsinə qarşı təxribatda təqsirləndirilərək döyülən adamı camaat qarşısında sorğu-sual ediblər.


XS
SM
MD
LG