Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:05

«ABŞ Azərbaycanda mətbuatın vəziyyətindən narahatdır»


Səfir ümid edir ki, Azərbaycanda jurnalistlər peşəkarlığını artırdıqca, media azadlığı inkişaf edəcək
Səfir ümid edir ki, Azərbaycanda jurnalistlər peşəkarlığını artırdıqca, media azadlığı inkişaf edəcək

ABŞ-ın səfiri Enn Ders aprelin 11-də jurnalistlərə verdiyi açıqlamasında rəsmi Vaşinqtonun Azərbaycanda mətbuatın vəziyyətindən narahat olduğunu bildirib. Səfirin sözlərinə görə, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı işin açılmaması, ANS telekanalı ətrafında yaranan problem, «Xaqani 33» ünvanda yerləşən mətbu orqanlarının köçürülməsi ABŞ hökumətini narahat edir.


«Trend»in xəbərinə görə, xanım Ders bildirib ki, Azərbaycanda müstəqil və müxalifətyönlü qəzetlərə düşmən mövqe mövcuddur. «Jurnalistlərə əsassız və qərəzli hücumlar olur. ABŞ hökuməti mətbuatın inkişafı üçün Azərbaycana kömək etməyə hazırdır və jurnalistlərin peşəkarlığının artırılması üçün səylərini gücləndirib».


Amerikalı diplomat bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də məsuliyyətsiz jurnalistlərin olduğunu qeyd edib və hesab edir ki, hər bir jurnalist etik norma və obyektivliyi qorumalıdır. Səfir ümid edir ki, Azərbaycanda jurnalistlər peşəkarlığını artırdıqca, media azadlığı inkişaf edəcək.


Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə «Azadlıq» radiosuna bildirib ki, narahatlığa əsas yoxdur. O, deyib ki, Azərbaycanda azad mətbuat dövlət səviyyəsində qorunur və onun inkişafına şərait yaradılır. Amma, cənab Həsənov mətbuata hücumlar edildiyini də etiraf edir. «Azad mətbuatsız dövləti təsəvvür etmirik. Ona görə də hücumları pisləyirik və tədbirlər görürük».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG