Amerika prezidenti beş ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən qanun layihəsini imzalayıb. Bunlar Ukrayna, Gürcüstan, Albaniya, Xorvatiya və Makedoniyadır. Bu qanunla prezident həm də Amerika fondlarına səlahiyyət verir ki, həmin ölkələrə hərbi yardım göstərsinlər. Həmin ölkələrdə demokratik və iqtisadi islahatların davam etdirilməsi üçün də yardım nəzərdə tutulur. NATO bu beş dövlətlə üzvlüklə bağlı danışıqlar aparırdı.
Qanuna görə, ABŞ gələn il üçün adı çəkilən ölkələrə silahlı qüvvələrində islahatlar aparmaq üçün 12 milyon dollar pul ayıracaq.