AFFA Nizam-İntizam Komitəsinin aprelin 10-da keçirilən iclasında «Xəzər-Lənkəran»–«Karvan» oyununda meydandan qovulan futbolçuların hər ikisi–həm Kamal Quliyev, həm də Dmitri Kramarenko cəzalanıb. Kamal qarşıdakı iki oyunu buraxacaq, onun klubu «Karvan» isə 2000 manat cərimə ödəyəcək. Kramarenko bir oyun buraxacaq və klubu «Xəzər-Lənkəran» 1000 manat cərimə ödəyəcək.
AFFA Hakimlər Komitəsinin iclasında isə «Qarabağ»–«Bakı» oyununun idarəçiliyində yol verdiyi kobud səhvlərə görə, hakim Rovşən Əhmədov beş oyunluq diskvalifikasiya edilib.