Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 17:24

«Xəzər-Lənkəran»ın keçmiş futbolçusu UEFA-ya müraciət edə bilər


«Xəzər-Lənkəran»ın heyətdən kənarlaşdırdığı Mikayıl Yusifov komandadan pulunu almaq yolunda fəaliyyətə başlayıb. Belə ki, qapıçı ilə müqaviləni birtərəfli qaydada pozan klub rəhbərliyi ona çatası pulu tam həcmdə ödəmək istəmir. Artıq özünə vəkil tutduğunu bildirən Yusifov mübahisənin qanun çərçivəsində həllinə çalışır. Əks halda isə o, UEFA-ya üz tutmaq fikrindədi.
XS
SM
MD
LG