«Bu ilin mayında dövlət büdcəsinə yenidən baxılacaq». Ölkənin cənub bölgəsində səfərdə olan prezident İlham Əliyev Cəlilabad rayonunda əhali ilə görüşündə belə deyib. Onun sözlərinə görə, Azərbaycanın büdcəsi günü-gündən artır və may ayında ona yenidən baxılıb əlavə vəsait ayrılacaq.
Əliyev həmçinin bildirib ki, ölkədə kadr potensialına ciddi fikir verilir.
Prezident Masallı rayonunda tikintisi davam edən 1110 nəfərlik məktəbə baş çəkib, bərpa edilən rayon avtovağzalı ilə tanış olub.