«İranın Azərbaycanla sərhədə hərbi texnika və qüvvə cəmləşdirməsi barədə xəbərlər həqiqətə uyğun deyil, keçid məntəqələrinin fəaliyyətində problemlərin yaranması haqda yayılan məlumatlar isə şişirdilir».
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib. Xəbəri APA agentliyi yayıb.
Hazırda Azərbaycan-İran sərhədində vəziyyət tam sabitdir, buraxılış məntəqələri problemsiz fəaliyyət göstərirlər. İranla sərhəd bağlanmayıb, Azərbaycanın sərhədləri normal mühafizə edilir. Elçin Quliyev belə deyir.