Bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluq əlaqələrinin qurulmasının 30 ili tamam olur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaydığı press-relizdə deyilir ki, 3-7 mayda Sumqayıtda, 26-30 oktyabrda isə Almaniyada əlaqələrin 30 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək. Tədbirlərdə Lüdviqshafen şəhərinin meri Eva Lohze ilə yanaşı, Almaniyanın rəsmi şəxsləri, səfir Per Stankina, digər diplomatik korpusların və alman şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Yubiley tədbirləri çərçivəsində azərbaycanlı və alman rəssamların əsərlərindən ibarət sərgi nümayiş etdiriləcək, konsert proqramı təşkil ediləcək, həmçinin sahibkarlarla görüş keçiriləcəkdir.