Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 11:39

Rays İranın Xarici İşlər naziri ilə görüşə bilər


Makkormak deyib ki, görüş baş tutsa, yalnız İraqla bağlı məsələlər müzakirə olunacaq
Makkormak deyib ki, görüş baş tutsa, yalnız İraqla bağlı məsələlər müzakirə olunacaq

ABŞ-ın Dövlət katibi Kondoliza Rays ola bilsin, İranın Xarici İşlər naziri Mənuçehr Möttaki ilə görüşəcək.


ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon MakKormak deyib ki, bu görüş İstanbulda, mayın əvvəlinə təyin olunan İraqa dair beynəlxalq konfrans zamanı baş tuta bilər.


Görüş baş tutsa, yalnız İraqla bağlı məsələlər müzakirə olunacaq. «İranın nüvə dosyesi müzakirə edilməyəcək» - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.


Vaşinqton Tehranı İraqdakı yaraqlıları dəstəkləməkdə ittiham edir.


XS
SM
MD
LG