Keçmiş prezident Əbülfəz Elçibəyin böyük qardaşı Murad Əliyev aprelin 4-də vəfat edib.
Mərhumun oğlu Binyad Əliyev «APA»ya bildirib ki, M. Əliyevin cənazəsi aprelin 5-də Ordubad rayonunun Kələki kəndinə aparılacaq. Mərhum burada valideynlərinin və qohumlarının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.
Murad Əliyev 1929-cu il iyunun 6-da Ordubad rayonunun Kələki kəndində doğulub. Uzun müddət idi ki, səhhətində yaranan problem səbəbindən müalicə olunurdu.