Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 16:35

Gürcüstanla Rusiya arasında hava əlaqəsi bərpa olunur


Pasxa tətilləri zamanı Tbilisidən Moskvaya üç çarter reysi olacaq. Bu qərarı aprelin 5-də Rusiyanın Nəqliyyat Nazirliyi verib. Reysləri Gürcüstanın «Eyrzena» aviaşirkəti həyata keçirəcək. Məlumatı Rusiyanın «RIA Novosti» agentliyi yayıb.


Bu arada iki ölkə arasında hava əlaqəsinin tam bərpasına dair danışıqlar davam edir.


Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Aleksandr Qaçeçiladze bunları deyib: «Biz heç vaxt uçuşlara etiraz etməmişik və heç vaxt öz hava məkanımızı Rusiya şirkətlərinə bağlamamışıq. Martın 26-da bizə Rusiyanın «Aeroflot» şirkətinin rəhbərliyi müraciət edib və uçuşları bərpa etmək istəyini bildirib. Biz bunun əleyhinə olmadığımızı dedik».


XS
SM
MD
LG