Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 14:57

Misir Mərdanov: «Ölkənin cənub bölgəsində dərsə davamiyyətlə bağlı problemlər var»


Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, orta məktəblərin yuxarı siniflərində dərsə davamiyyətlə bağlı problem var. Nazir bu halın əsasən ölkənin cənub bölgəsində müşahidə olunduğunu deyir: «Cənub bölgəsində bəzi valideynlər yeniyetmə qızlarının məktəbə getməsinə imkan vermirlər».


Təhsil naziri bəzi Qərb ölkələrində olduğu kimi Azərbaycanda da övladlarını məktəbə buraxmayan valideynlərin cəzalandırılması lazımdırmı sualına belə cavab verib: «Bizdə valideynlə bağlı cəza tədbirləri yoxdur. Amma. yeni «Təhsil qanunu»nda bu haqda ayrıca maddə nəzərdə tutulur».


Təhsil naziri həmçinin «Təhsil qanun»un yaxın bir-iki ayda parlamentdə müzakirəsini də real saymır. Onun sözlərinə görə, həmin qanun hələ parlamentin komissiyasında belə müzakirə edilməyib.


XS
SM
MD
LG