Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

«2008-ci il seçkisi beynəlxalq standartlara uyğun ilk seçki olmalıdır»


Həmməruzəçilərin hesabatı martın 30-da hazırlanıb
Həmməruzəçilərin hesabatı martın 30-da hazırlanıb
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hesabatında Azərbaycanın bəzi sahələrdə səyləri etiraf olunur. Bura Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunların yenidən işlənməsinə dair Venesiya Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi, hakimlərin sayının artırılması, QHT-lərin siyahısında olan 11 siyasi məhbusun əfv olunması, insan haqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planının qəbulu, həmçinin prezident İlham Əliyevin Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe tutması aiddir.

Eyni zamanda, sənəddə narahatlıq yaradan sahələr də qeyd olunur. Hesabatda hakim partiyayla müxalifət arasında dialoqun qurulmasının, vəkillərin sayının və iş keyfiyyətinin, müstəqil media üçün son aylar ərzində pisləşən ümumi mühitin yaxşılaşdırılması, ANS-in lisenziya probleminin həllinin tapılması, hüquq-mühafizə orqanlarında və orduda işgəncələrə və pis rəftara son qoyulmasının zəruriliyi bildirilir.


Monitorinq Komitəsi 2008-ci il prezident seçkisinə xüsusi əhəmiyyət verir. Bildirilir ki, bu seçki ölkənin tarixində beynəlxalq standartlara cavab verən ilk seçki olmalıdır. Hesabatda AŞ PA-ya Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin monitorinqini davam etdirmək tövsiyə edilir.


Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloydun hesabatı martın 30-da hazırlanıb.


XS
SM
MD
LG