Aprelin 3-dən Böyük Britaniyanın Bakıdakı səfirliyi biometrik vizaların verilməsi proseduruna başlayır. Bundan sonra hökumət nazirlərindən başqa, bütün şəxslər biometrik qeydiyyat üçün vizalar sektoruna gəlməlidirlər. Söhbət bir neçə saniyə ərzində elektron formada barmaq izlərinin götürülməsindən gedir, bu, tam zərərsizdir. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin press-relizində deyilir. Biometrik məlumatların qeydiyyatından nazirlər və beş yaşınadək uşaqlar azaddırlar.
«Turan»ın məlumatına görə, səfirlik yuxarıda göstərilmiş kateqoriyalara aid olmayan şəxslərin ərizəsini müstəsna hal kimi nəzərdən keçirməyəcək.