Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:20

Monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında sərəncam imzalanıb


Prezident İlham Əliyev aprelin 2-də Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, bu sahədə görülən işlərin hazırkı səviyyəsi qənaətbəxş sayıla bilməz: «Bakı şəhərində Dədə Qorqud heykəli və «Dədə Qorqud dünyası» tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müxtəlif müsabiqələr keçirilməsinə baxmayaraq, heykəltəraşlıq və rəssamlığımızda xalqımızın mənəvi-estetik dəyərlərinə uyğun Dədə Qorqud obrazının təsviri hələ də öz əksini tapmamışdır. Vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ formalaşmış Şəhidlər Xiyabanının ümumi görkəminin memarlıq baxımından yenidən işlənməsinə ciddi ehtiyac duyulur. Əsasən, XX əsrdə ucaldılmış və görünüşü bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələrin, xatirə komplekslərinin azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılması zərurəti meydana çıxmışdır».


Sərəncamda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti qurumlarla birlikdə Şəhidlər Xiyabanı xatirə-memarlıq kompleksinin yeni layihəsinə dair təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir.


Həmçinin Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər şəhər və kəndlərdə ucaldılmış monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirərək, görülən işlər haqqında hesabatı və bu istiqamətdə gələcək fəaliyyət proqramının layihəsini 2007-ci ilin 1 sentyabr tarixinə qədər ölkə başçısına verməlidir.


Sənədə əsasən, Azərbaycan Dövlət İncəsənət Muzeyi nəzdində açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılması da təmin edilməlidir.


XS
SM
MD
LG