Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası mart ayı üçün dünyanın 350 ən yaxşı futbol klubunun reytinqini dərc edib. Azərbaycanı bu siyahıda yalnız Yevlaxın «Karvan» klubu təmsil edir. Yevlax klubu 186-cı yerdən 207-ci yerə düşüb.
Dünyanın ən güclü komandası isə İspaniyanın «Sevilya» klubudur. İkinci yeri İtaliyanın «İnter», üçüncü yeri isə digər ispan klubu «Barselona» tutur.