Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:51

«Sərhədsiz reportyorlar» jurnalistin səhhətinin pisləşməsindən narahatdır


Jurnalistin ürək və mədə ağrılarından əziyyət çəkdiyi bildirilir
Jurnalistin ürək və mədə ağrılarından əziyyət çəkdiyi bildirilir

Mətbuatı müdafiə edən beynəlxalq hüquq müdafiə təşkilatı «Sərhədsiz reportyorlar» həbsxanada olan satirik- jurnalist Sakit Zahidovun səhhətinin pisləşməsindən narahat olduğunu bildirib.
«Turan» İnformasiya Agentliyinin məlumatına görə, təşkilatın bəyanatında Azərbaycan hakimiyyəti Zahidovun normal müalicə olunması üçün şərait yaratmağa çağırılır.


S.Zahidovun səhhətinin pisləşməsi martın 26-da Bakıdan 75 km. aralıda yerləşən 14 saylı kolonda ona baş çəkən həyat yoldaşı Rəna Zahidova tərəfindən qeydə alınıb. Jurnalistin ürək və mədə ağrılarından əziyyət çəkdiyi bildirilir.
«Sakit Zahidov ürək çatışmazlığından və qastritdən əziyyət çəkir və onun normal müalicəyə ehtiyacı var. Lakin kolon rəhbərliyi bir neçə dəfə onu xəstəxanaya köçürməkdən və ya həkim tərəfindən müayinə edilməsindən imtina edib», - deyə bəyanatda vurğulanır.
Sakit Zahidov 2006-cı ildə narkotik vasitələrin saxlanması ittihamı ilə həbs edilib. Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG