Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:32

ABŞ Azərbaycandakı aerodromdan istifadəyə ümid edir


ABŞ «hərbi sahədə Azərbaycanla sağlam əməkdaşlığa malikdir»
ABŞ «hərbi sahədə Azərbaycanla sağlam əməkdaşlığa malikdir»

«ABŞ zərurət yaranarsa, Azərbaycandakı aerodromdan hərbi məqsədlər üçün istifadəyə ümid edir». Bunu Tbilisidə mətbuat konfransında ABŞ Dövlət katibinin müavini Metyu Brayza bildirib. Məlumatı «Novosti-Qruziya» agentliyi yayıb.



Metyu Brayza amerikalı mütəxəssislərin yardımı ilə Azərbaycanda hərbi aerodromlardan birinin yeniləşməsi barədə sualı cavablandırıb: «Gürcüstan və Azərbaycan üzərindən Əfqanıstan istiqamətində çoxlu təyyarələrimiz uçur. Fövqəladə vəziyyətlərdə biz Azərbaycanda yerləşən aerodromdan istifadə etmək imkanına malik olmaq istəyirik».



Brayza onu da qeyd edib ki, ABŞ «hərbi sahədə Azərbaycanla sağlam əməkdaşlığa malikdir, təhlükəsizlik sahəsində Ermənistanla da əməkdaşlıq edir».


XS
SM
MD
LG