Martın 30-da Apellyasiya Məhkəməsində hakim Ələkbər Quliyevin sədrliyi ilə deputat Hüseyn Abdullyaevin şikayətinə baxılıb. Vəkil Kamandar Nəsibovun «Turan»a bildirdiyinə görə, iş üzrə dinləmə 15 dəqiqə çəkib.
Prokuror ittiham tərəfini müdafiə edib və hakim millət vəkilinin 2 ay müddətinə həbs olunması haqqında Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Hüseyn Abdullayev martın 16-da parlamentdə deputat Fəzail Ağamalı ilə davaya görə, cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.