Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

ABŞ-ın Müdafiə naziri Robert Qeyts Quantanamodakı həbsxananı bağlamağa çağırıb


ABŞ-ın Müdafiə naziri Robert Qeyts Konqres və Ağ Evi Quantanamodakı hərbi həbsxananın bağlanmasına birlikdə nail olmağa çağırıb.


Qeyts hərbi büdcə üzrə dinləmələrdə çıxış edib. Deyib ki, ağır cinayətlərini etiraf edən bəzi Quantanamo məhbusları həmişəlik barmaqlıqlar arasında qalmalıdırlar.


Son illər ABŞ Kubadakı Quantanamo hərbi bazasında 385 məhbusu uzun illər saxladığına görə, tənqidlə üzləşir. «Əl-qaidə» və taliban hərəkatı ilə əlaqələrdə şübhəli bilinən dustaqların çoxuna qarşı indiyədək ittiham irəli sürülməyib.


XS
SM
MD
LG