Azərbaycan prezidentinin mətbuat xidmətindən «Novosti Azərbaycan»a bildiriblər ki, Polşanın dövlət başçısı İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək, ölkələrarası sənədlərin imzalanma mərasimində iştirak edəcək. Səfər çərçivəsində Polşa prezidenti İçəri Şəhərlə tanış olacaq, Slavyan Universitetinə, Polşa Mədəniyyət Mərkəzinə baş çəkəcək.