Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 10:46

Azərbaycanda MDB-nin Demokratiya, Parlamentarizm və Seçkilərin Monitorinqi İnstitutunun filialı yaradılacaq


Azərbaycanda MDB-nin Demokratiya, Parlamentarizm və Seçkilərin Monitorinqi İnstitutunun filialı yaradılacaq. Bu barədə sazişi martın 28-də Bakıda Rusiya Federasiya Şurasının sədri Sergey Mironov və Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov imzalayıb. Xəbəri «Turan» agentliyi yayıb.


Mironov deyib ki, bu, həmin institutun MDB-də ilk filialı olacaq. O, ümid edir ki, MDB-nin digər üzv ölkələri da Bakının addımını təkrarlayıb, eyni strukturları yaradacaqlar.
S.Mironova görə, MDB dövlətləri özləri «xaricdən yardım olmadan» demokratiyanın inkişafının və insan hüquqlarının monitorinqini apara bilərlər.


Bundan əvvəl Moskva açıq şəkildə MDB ölkələrinə çağırıb ki, seçkilərin monitorinqi zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xidmətlərindən imtina etsinlər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bunu belə izah edib ki, ATƏT və MDB müşahidəçiləri seçkilərin nəticələrini fərqli qiymətləndirirlər.


XS
SM
MD
LG