2007-ci ildə dünyada neftin qiyməti ən yüksək həddə qalxıb. Əsas xam neft istehsalçısı olan İranda gərginliyin artması ilə əlaqədar artıq Londonda bir barel neftin qiyməti 64 dollara çatıb.
Londonda icmalçı Maykl Devis deyib ki, İrandakı vəziyyət geosiyasi risk kimi xam neftin qiymətinin artmasına gətirib çıxarıb. Çünki bir çox ticarətçilər nüvə sahəsindəki vəziyyətin gərginləşə biləcəyindən narahatdırlar. Onlar hesab edirlər ki, İran neftdən sövdələşmə vasitəsi kimi istifadə edə bilər.
Dünyanın dördüncü ən böyük neft istehsalçısı olan İran bazar günü bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq bu qurumla əməkdaşlığını məhdudlaşdıracaq.