Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

«Baş nazirin ölümü Ermənistanda siyasi vəziyyətə təsir edəcək»


«Oyunçular arasında çəkişmələr və ziddiyyətlər bir qədər başqa xarakter alacaq»
«Oyunçular arasında çəkişmələr və ziddiyyətlər bir qədər başqa xarakter alacaq»

Baş nazir, Ermənistan Respublika Partiyasının lideri Andranik Marqaryanın vaxtsız vəfatı seçkiqabağı dövrdə partiyanın mövqeyini bir qədər zəiflədə bilər, çünki bu, faktiki olaraq liderin itirilməsidir. Bu barədə «Reqnum» Agentliyinə Ermənistanın keçmiş Baş naziri, «Milli-Demokratik Birlik» Partiyasının lideri, deputat Vazgen Manukyan bildirib.


Onun fikrincə, Respublika Partiyasını Müdafiə naziri, Partiya Şurasının sədri Serj Sarkisyan «ələ keçirə bilər». Bununla belə, Manukyan bu prosesin necə cərəyan edəcəyi barədə fikir söyləməkdə çətinlik çəkir: «İstənilən halda, Baş nazirin ölümü Ermənistan və Respublika Partiyası üçün böyük itkidir», – deyə Vazgen Manukyan qeyd edir.


Manukyan bildirir ki, Baş nazirin ölümü şübhəsiz, Ermənistandakı siyasi vəziyyətə təsir edəcək. Amma o, kəskin dəyişiklikləri proqnozlaşdırmır: «İstənilən halda, daxili və xarici siyasət sahəsində Ermənistanın mövqeyində kardinal dəyişikləri görmürəm», – deyən Manukyan əlavə edib ki, Marqaryanın vəfatı hakimiyyət meydanında olan oyunçuların mövqelərinə əhəmiyyətli dərəcədə təsir edəcək: «Çünki onlar arasında çəkişmələr və ziddiyyətlər bir qədər başqa xarakter alacaq».


«Milli-Demokratik Birlik» Partiyasının lideri Baş nazir Andranik Marqaryanın qəfil vəfatı ilə əlaqədar başsağlığı verib: «O, ölkə üçün çox işləyən və öz vəzifəsinə münasib olan insan idi».


Ermənistanın Baş naziri, Respublika Partiyasının sədri martın 25-də vəfat edib. İlkin məlumatlara əsasən, ölüm miokard infarktından baş verib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG