Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:55

Azərbaycan ordusunun əsgərini maşın vurub


Azərbaycan ordusunun daha bir əsgəri həlak olub. Bakıdakı « N » saylı hərbi hissədən yaşadığı Xalatala kəndinə məzuniyyətə gedən Əli Uruxovu maşın vurub.


Bu barədə Balakən rayon Polis Şöbəsindən «APA»ya məlumat verilib. Ağır xəsarət alan Uruxov Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisə ilə bağlı əsgəri vurmuş sürücü barəsində cinayət işi başlanıb, istintaq gedir.


XS
SM
MD
LG