Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

«Ruslar Gürcüstandakı separatçı rejimlərə dəstəyi dayandırmalıdır»


Riçard Holbruk: «İnanmıram ki, Amerika Gürcüstanla əlaqədar hansısa güzəştlərə getsin»
Riçard Holbruk: «İnanmıram ki, Amerika Gürcüstanla əlaqədar hansısa güzəştlərə getsin»

«Gürcüstanın ərazi bütövlüyü vacib məsələdir. Rusiya Abxaziyadakı və Cənubi Osetiyadakı separatçı qanunsuz rejimlərə dəstək verməyi dayandırmalıdır»-Riçard Holbruk bu fikri «Azadlıq» radiosunun müxbirinin Gürcüstanla Rusiya arasındakı münasibətlərlə bağlı sualını cavablandırarkən belə deyib.


Amerikanın BMT-dəki keçmiş səfiri Gürcüstanın bugünkü durumunu belə təsvir edir: «Mən ümid edirdim ki, Gürcüstanda gərginlik azalıb. Amma, ötən həftə orada vertolyot hücumları olub. Bilmirəm nə baş verir və indi Gürcüstandakı adamlara ünsiyyət saxlamıram. Amma, bu ölkədəki vəziyyət məni narahat edir, çünki, Gürcüstanla Rusiya arasındakı əlaqələr hələ tam bərpa olunmayıb. Bu ölkələr arasında sərhəddə normal vəziyyət olmalıdır».


-Siz demişdiniz ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Amerika və Avropa Birliyinin dəstəklədiyi liderdir. Nə üçün siz onun bacarığında elə əminsiniz?


-Mənim Saakaşvili rejiminə dəstəyim onun nailiyyətlərinə əsaslanır. Heç kəs qüsursuz deyil, indi Gürcüstanla bağlı da problemlər var. O, hakimiyyətə gələndə, ölkə müflis vəziyyətdə idi. Elektrik sistemi yox idi, ölkədə oğurluq baş alıb gedirdi, hətta hökumət rəsmiləri maaş almırdılar. İndi Gürcüstan iqtisadiyyatında artım var, ölkənin tarazlaşdırılmış büdcəsi mövcuddur. Bu böyük nailiyyətdir, bütün bunlar onun Amerikada təhsil almasıyla bağlı deyil.


-BMT Gürcüstanın Rusiya ilə problemlərinin həllinə kömək edə bilərmi?


-BMT Gürcüstanın problemləriylə o qədər də məşğul olmur, çünki Rusiya bu məsələni BMT-də çox müzakirə eləmək istəmir.


-Bəs ola bilərmi Amerika BMT-də Rusiyaya Gürcüstanla bağlı bəzi güzəştlər etsin, bunun əvəzinə isə Rusiya Amerika üçün vacib olan məsələlərdə onunla razılığa gəlsin. Məsələn, Şimali Koreya və ya İranın nüvə böhranı məsələsində?


-Mən inanmıram ki, Amerika Gürcüstanla əlaqədar hansısa güzəştlərə getsin. Mən bunu istəməzdim. Gürcüstanın ərazi bütövlüyü vacib məsələdir, ruslar Abxaziya və Cənubi Osetiyanın separatçı, qeyri-leqal rejimlərinə dəstək verməyi dayandırmalıdırlar. Gürcüstana imkan verilməlidir ki, bu məsələlərlə özü məşğul olsun.


-Kosovonun müstəqil olub-olmayacağı ilə bağlı nə deyə bilərsiniz?


-Əlbəttə ki, Kosovo müstəqil olacaq, bu qaçılmazdır. Amma, ruslar Belqraddakı sərt xətt tərəfdarlarını himayə edir və Marti Ahtisaarinin planına qarşı çıxış edirlər. Bu çox faydasızdır. Əgər BMT Təhlükəsizlik Şurası gələn ay Ahtisaarinin planını müdafiə etməsə, Kosovoda zorakılıq olacaq. Buna görə, bütün məsuliyyəti Rusiya daşımalı olacaq. «Nyu York Times» qəzeti Rusiyanın BMT-dəki elçisinin dediklərini dərc edib. O, Ahtisaarinin planına qarşı çıxış edib və onun yerinə təzə vasitəçinin təyin olunmasına çağırıb. Bu, yaxşı şey deyil.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG