«Azadlıq» radiosu Bakı bürosunda işləmək üçün təcrübəli radio-jurnalist axtarır.
Müxbir kimi işləməli olan jurnalistin seçilməsi sınaqla həyata keçiriləcək.
Namizədlər ölkənin siyasi, ictimai, iqtisadi vəziyyəti ilə tam tanış olmalı, Azərbaycan dilini yazılı və şifahi şəkildə, həm mətn, həm də efirdə rəvan işlədə bilməlidirlər. Kompyuterlə işləmək, ingiliscə bilmək və elektron mediada iş təcrübəsinə malik olmaq üstünlük təşkil edir. Maraqlanırsınızsa, aprelin 10-a qədər müraciətinizi və tərcümeyi-halınızı bu e-mail ünvanına göndərə bilərsiniz: DjavadiA@rferl.org