Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:24

«Evlənsəydim, indi çoxdan qəbirdəydim»


Qriqori Nestor 116 yaşını qeyd edir, 15 mart 2007
Qriqori Nestor 116 yaşını qeyd edir, 15 mart 2007

O, heç vaxt siqaret çəkməyib, heç vaxt spirtli içki qəbul etməyib və ömrü boyu evlənməyib. Amma hər gün ibadət edib. 116 yaşını qeyd edən ukraynalı Qriqori Nestor uzunömürlülüyünü məhz bu amillərlə bağlayır.


Qriqori Nestor Ukraynanın tarixi şəhəri olan Lvovdakı ikimərtəbəli evdə yaşayır.


Uzun müddət çoban olmuş Nestor uzunömürlülüyünün sirrini təmizkar yaşayış tərziylə bağlayır. Ad günündə içdiyi ən sərt içki isə su və meyvə şirəsi ilə qarışdırılmış bir qədəh şampan şərabıdır. Nestor deyir ki, subay yaşamasının da uzun ömür sürməsinə faydası olub: «Mən bu günə qədər kədər nədir, bilməmişəm. Əgər evlənsəydim, indi çoxdan qəbirdəydim».


Nestorun doğum şəhadətnaməsində onun 1891-ci ildə Avstriya-Macarıstan imperiyasında anadan olduğu göstərilib.


Nestor dünyanın ən yaşlı qadını sayılan yaponiyalı Yon Minaqavadan təxminən iki yaş böyükdür. Minaqavanın bu ilin yanvarında 114 yaşı tamam olub.


Bu dünyadan gəlib-keçmiş ən yaşlı insan adını qazanmaq üçün Nestor ən azı daha yeddi il yaşamalıdır. Çünki dünyada uzunömürlülüyə görə, rekord yaş 122-dir.


Nestorun ölüm haqqında da öz düşüncələri var. Ölümə o bir az fəlsəfi yanaşır: «O dünyada gərək ki, hər şey yaxşıdır».


Nestorun doğum gününü təbrik edənlər arasında Ukrayna prezidenti Viktor Yuşşenko da olub. Prezident təbrik teleqramında Qriqori Nestoru «Vətən tarixinə bir əsrdən çox müddətdə şahid olmuş şəxs» adlandırıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG