Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 21:51

MTRŞ qanundakı ziddiyyətin araşdırılmasını istəyir


Bəzi nazirliklər televiziyada dərman reklamına son qoymaq üçün MTRŞ-a xəbərdarlıq edib
Bəzi nazirliklər televiziyada dərman reklamına son qoymaq üçün MTRŞ-a xəbərdarlıq edib

Milli Televiziya və Radio Şurası (MTRŞ) «Dərman vasitələri haqqında» qanuna yenidən baxılması tələbilə parlamentə müraciət edib. Bu haqda Şuranın martın 14-də keçirilən toplantısında qərar qəbul olunub.


«Dərman vasitələri haqqında» qanunun 16.4 maddəsində deyilir ki, Azərbaycanda dərman vasitələrinin reklamı qadağandır. Amma həmin maddənin başqa bir bəndində (16.1) bildirilir ki, reseptsiz dərmanlar haqqında kütləvi informasiya vasitələrində məlumat yayımlanması yolveriləndir.


Qanun qüvvəyə minəndən sonra Səhiyyə və İqtisadi İnkişaf nazirlikləri televiziyalarda və nəqliyyatda dərman reklamına son qoymaq üçün MTRŞ-a, Nəqliyyat Nazirliyi və Bakı Metropoliteninə xəbərdarlıq edib.


MTRŞ sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna bildirib ki, dərmanları reklam edən televiziyalar qanunu pozmurlar, əksinə onun başqa bir maddəsindən yararlanırlar. Yaranmış anlaşılmazlıqlara görə, televiziyalar günahkar deyil: «Bu zidiyyətlərə son qoymaq üçün də MTRŞ parlamentə müraciət edib».


«Dərman vasitələri haqqında» qanun ötən il dekabrın 22-də qəbul olunub.


XS
SM
MD
LG