Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:03

Bakıda küçə hərəkətinin intellektual idarəetmə sistemi yaradılacaq


Seulda, Parisdə mövcud olan küçə hərəkətinin intellektual idarəetmə sistemi Bakıda da qurulacaq. Yeni nəqliyyat sisteminə müvafiq olaraq, şəhərin küçələrində kameralar quraşdırılacaq. Məqsəd isə, tıxac yaranan zaman dərhal onu aradan qaldırmaq və yolun ötürücülük qabiliyyətini artırmaqdır. Yaradılacaq yeni nəqliyyat sistemi ümumi mərkəzdən idarə olunacaq.


Bu barədə Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov məlumat verib. Onun sözlərinə görə, ümumi mərkəzə daxil olan informasiyadan təhlükəsizlik xidməti, səhiyyə, nəqliyyat sahələri də yararlana biləcək.


Bu təklifi irəli sürən Cənubi Koreya Nəqliyyat Nazirliyi hazırda layihənin texniki tapşırıqlar hissəsi üzərində işləyir və onu ən geci aprelin 5-nə kimi nazirliyə təqdim etməlidir.


XS
SM
MD
LG