Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:09

«Google»yə qarşı 1 milyard dollarlıq tələb


«Google» «Viacom»a milyard dollar ödəmək niyyətində deyil
«Google» «Viacom»a milyard dollar ödəmək niyyətində deyil
«Google Inc.» Şirkətinin nümayəndələri «Google»yə məxsus «YouTube» saytında müəllif hüquqlarının pozulmasına dair ittihamları təkzib ediblər. «Google»nin vəkillərinin verdiyi bəyanatda deyilir ki, şirkət müəllif hüquqları haqqında qanunu pozmur və «Viacom» şirkətinə milyard dollar ödəmək niyyətində deyil. Məlumatı «Reuters» Agentliyi yayıb.

«Viacom» beynəlxalq media holdinqi bir sıra şirkətlərin, o cümlədən MTV telekanalının sahibidir. «Viacom» iddia edir ki, «YouTube»a ona məxsus 160 min video fraqment yerləşdirilib və istifadəçilər onlara təxminən 1.5 milyard dəfə baxıblar. «Viacom» 1 milyard dollar kompensasiya və bu kimi praktikanın gələcəkdə qarşısını ala biləcək məhkəmə qərarını tələb edib.


«Google»nin vəkilləri Rəqəmsal minillikdə sürətçıxarma haqqında Qanunverici Akta istinad edirlər. Bu sənəd provayderləri müəllif hüququ ilə qorunan materiallar yerləşdirən istifadəçilərin hərəkətlərinə görə, məsuliyyətdən azad edir. Amma provayderlərdən iddiaçılar öz müəllifliyini sübut etdiyi təqdirdə, bu cür materialları silməyi tələb edir.


XS
SM
MD
LG