Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 16:21

İtaliyada kartofdan qumbara çıxır


İtaliyada Sardiniya adasındakı Sassari şəhərində də kartofdan qumbara çıxıb. Alıcı supermarketində kartof paketini açarkən orada qumbara aşkarlayıb. Bu haqda martın 10-da hüquq-mühafizə orqanları məlumat veriblər.


Hadisə yerinə gələn istehkamçılar insanları təcili marketdən uzaqlaşdırıb döyüş sursatını zərrəsizləşdirməyə başlayıblar.


Mütəxəssislər müəyyənləşdiriblər ki, qumbara İkinci dünya müharibəsindən qalmadır. O, paslasa da, işlək vəziyyətdə olub.


Buna bənzər hadisə fevralın sonlarında yenə İtaliyada Neapol yaxınlığındakı kiçik San-Corco şəhərində də baş verib. Onda da 74 yaşlı qadın bazardan kartofla birlikdə qumbara almışdı.


Bu ölkədə polis döyüş sursatının kartof paketlərinə necə düşdüyünü araşdırır.


XS
SM
MD
LG