Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

Rəis polisin işə müdaxiləsinə etiraz olaraq istefa verdi


Polis bildirir ki, o, Nehrəm kəndində sadəcə olaraq öz vəzifəsini yerinə yetirib
Polis bildirir ki, o, Nehrəm kəndində sadəcə olaraq öz vəzifəsini yerinə yetirib

Martın 9-da Naxçıvan Muxtar Respublikası Babək Rayon Energetika İdarəsinin rəisi Asəf Məmmədov polisin idarənin işinə müdaxilə etməsinə etiraz olaraq istefa verib. Rayon Energetika İdarəsinin əməkdaşları «Azadlıq» radiosuna rəislərinin həqiqətən də polisin idarənin işinə müdaxilə etməsinə etiraz olaraq istefa verdiyini təsdiqləyiblər. Hazırda onun vəzifəsini baş mühəndis Kazım Xudiyev icra edir. Muxtar Respublika Energetika Agentliyindən isə bildirirlər ki, Asəf Məmmədov səhhətində yaranmış problemlə bağlı öz ərizəsi ilə işdən çıxıb. Asəf Məmmədov 10 ilə yaxındır ki, həmin vəzifədə işləyirdi.


Martın 7-də Babək rayonunun Nehrəm kəndində işıqpullarının yığılması ilə bağlı vətəndaşlarla polis arasında baş münaqişə baş verib. Polis elektrik idarəsinin işçiləri olmadan evlərə daxil olmaq istəyib. Buna etiraz edən kənd sakinlərindən biri Məhəmməd Məmmədov həbs edilib.


Naxçıvanda sayğacdankənar yığılan işıq pulunun məbləği adi işçilər və təqaüdçülər üçün 20 manat, idarə və məktəb rəhbərləri üçün 100-110 manatdır.


Babək Rayon Polis Şöbəsindən məsələ ilə bağlı bildiriblər ki, polis Nehrəm kəndində sadəcə olaraq öz vəzifəsini yerinə yetirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG