Martın 9-da səhər saatlarında «Yeni Yasamal ət bazarı»nda işləyən bir qrup məcburi köçkün bazarın sökülməsinə etiraz olaraq Şərifzadə küçəsini kəsiblər.
«Media forum» saytının məlumatına görə, məcburi köçkünlər dükanlarının dağıdılmasının qarşısını almağa cəhd edirlər. Amma, polis əməkdaşları buna imkan verir. Etirzaçıların qarşısını almaq üçün polis ərazini nəzarətə götürüb.
Martın 8-də də satıcılarla polis arasında toqquşma baş verib. 7 nəfər polis əməkdaşı xəsarət alıb, onlardan 2-nin vəziyyəti ağırdır. Etirazçılardan isə 4 nəfəri saxlanılıb.