Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:12

«Xaqani 33»dəki bina özəlləşdirilməyə çıxarılıbmı?


«Azadlıq» qəzetinin Xaqani küçəsindəki keçmiş binası 54 min manata özəlləşdirməyə çıxarılıb.


Bu məlumatı qəzetin redaktoru Qənimət Zahidov verib. O bildirib ki, «Azadlıq» qəzeti həmin binanı özəlləşdirmək üçün 54 min yox, 154 min manat ödəməyə hazırdır:


«Qəzetin şəhərin mərkəzindən uzaqlaşdırılması siyasi qərar deyilsə, imkan versinlər, bu binanı özəlləşdirək».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə deyir ki, həmin binanın özəlləşdirilməsi haqda məlumatsızdır. O, bildirir ki, icarə haqqını ödəyə bilməyən qəzet məhkəmənin qərarı ilə «Xaqani 33»dən çıxarılandan sonra bina keçmiş sahibinə - Müəllimləri Təkmilləşdirmə İnstitutuna qaytarılıb.


«Azadlıq» qəzeti ötən ilin noyabrınadək «Xaqani 33»də yerləşib.


XS
SM
MD
LG