İran kosmosa ilk raketini buraxıb.
Bu haqda İranın dövlət televiziyası xəbər verib.
«Fars» agentliyinin Kosmik Tədqiqatlar Mərkəzinə istinadən verdiyi məlumata əsasən, içində elmi avadanlıqlar olan aparat 150 kilometr hündürlüyə qalxıb və sonradan paraşütün köməyi ilə Yerə qayıdıb.
Mərkəzin rəhbəri Mohsen Bahrami deyib ki, aparat hərbi sahədə çalışan alimlər, mühəndislər və mütəxəssislərin səyləri ilə yaradılıb.
Raketin buraxılmasının təfərrüatı bildirilmir. Əvvəllər İran dəfələrlə bəyan etmişdi ki, orbitə öz peyklərini, o cümlədən kommersiya peykləri çıxarmaq niyyətindədir.