Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Uşaqları televizordan qoruyun


Televizora çox baxmaq uşaqlarda psixi təcridliyə səbəb olur
Televizora çox baxmaq uşaqlarda psixi təcridliyə səbəb olur

Televizora çox baxmağın uşaq orqanizminə indiyəcən deyiləndən çox ziyanı varmış. Bu-Britaniyada aparılan son tədqiqatın nəticəsidir. Nəticələr «Bioloq» elm jurnalında çap olunub. Araşdırma müəllifləri iddia edirlər ki, televizora çox baxmaq görmə qabiliyyətini zəiflədir, piylənməyə, vaxtından qabaq cinsi yetkinliyə və psixi təcridliyə səbəb olur.


Araşdırmanın nəticələrinə görə, televizora baxmaq orqanizmdə melotonin hormonunun yaranmasına mane olur, bu isə immun sisteminə mənfi təsir göstərir. Alimlərin fikrincə, televizora çox baxmaq uşaqlarda yuxu pozulmasına gətirib çıxarır.


XS
SM
MD
LG