Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 05:26

«Demokratiyanı idxal etmək olmaz»


Berdımuhammedov fevralın 11-də prezident seçilib.
Berdımuhammedov fevralın 11-də prezident seçilib.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov deyib ki, öz sələfi Saparmurad Niyazovun siyasi kursuna tələsik yenidən baxmaq niyyətində deyil.


«Türkmənistan» jurnalına müsahibəsində cənab Berdımuhammedov deyib ki, demokratiya «çox incə şeydir» və o, xaricdən idxal oluna bilməz. Türkmənistan prezidentinin fikrincə, sosial və iqtisadi problemləri tələsik və hamısını eyni zamanda həll etmək cəhdləri yalnız xaos və qeyri-sabitliklə nəticələnir.


Berdımuhammedov həmçinin deyib ki, 15 illik müstəqillik dövründə Türkmənistanın ən böyük nailiyyəti onun iqtisadi və siyasi sarsıntısız inkişafıdır.


Berdımuhammedov fevralın 11-də prezident seçilib. ATƏT seçkinin demokratik normalara cavab vermədiyini bəyan edib. Keçmiş prezident Saparmurad Niyazov isə ötən ilin dekabrında vəfat edib.


XS
SM
MD
LG