Bunu Moskvadakı Müstəqil Strateji Qiymətləndirmə İnstitutunun rəhbəri Viktor Mizin bildirib.
Britaniyanın BBC radiostansiyasına müsahibəsində keçmiş Rusiya diplomatı deyib ki, mühafizə problemi mülki nüvə obyektlərində xüsusilə daha kəskin durur. Onun bildirdiyinə görə, 300 tonadək radioaktiv materialın oğurluqdan mühafizəsi etibarlı deyil. Bu materiallar kustar üsulla bomba istehsalına yaraya bilər.
Cənab Mizin rəsmi Rusiya statistikasına istinadən bildirib ki, təkcə 2002-ci ildə radioaktiv materialların 50 oğurluq faktı qeydə alınıb.