Barselonada keçirilən 3GSM konqresində mobil reklamın artım proqnozu açıqlanıb.
Konqres iştirakçıları hesab edir ki, 2007-ci il mobil reklamın əsl partlayışı ili olacaq. Mobil reklamın əsas formatı video çarx olacaq.
«Yahoo» şirkəti artıq 19 ölkədə öz abunəçiləri üçün reklam video çarxları nümayiş etdirir.
«Informa Telecoms and Media» şirkətinin proqnozuna əsasən, 2011-ci ildə mobil reklam bazarı 11 milyard dolları ötəcək. Amma reklamın yeni növünün müvəffəqiyyəti eyni çarxı bir neçə operatorun şəbəkəsi ilə nümayiş etdirmək imkanı verə biləcək texniki standartlardan asılıdır.