Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 06:25

Müsavatın fevralın 18-nə planlaşdırdığı yürüş-mitinqə icazə verildi


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına 18 fevral yürüş-mitinqini metronun «Həzi Aslanov» stansiyasından Ukrayna dairəsinədək keçirməyə icazə verib.


Müsavat başqanının müavini Mehman Cavadoğlu «Media forum» saytına bildirdiyinə görə, partiya aksiyanı bu marşrut üzrə keçirmək barədə qərar qəbul edib. Aksiyada Tarif Şurasının enerjidaşıyıcıların və kommunal xidmətlərin qiymətlərini qaldırması haqda qərarının icrasını dayandırmaq tələb olunacaq.


Yanvarın 28-də Müsavat eyni tələblə eyni marşrut üzrə yürüş-mitinq keçirib.


XS
SM
MD
LG